İtaliyanın “Cenoa” komandasının baş məşqçisi Andrey Şevçenko istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Şevçenko komandanın uğursuz çıxışına görə istefaya göndərilib. Belə ki, bu mövsüm A Seriyasında keçirdiyi 21 oyunda cəmi 12 xal toplamış “Cenoa” 19-cu sırada qərarlaşıb. Genuya təmsilçisi 9 heç-heçə etdiyi halda, cəmi 1 qələbə qazanıb və 11 məğlubiyyətə üzülüb.
Andrey Şevçenko noyabrın 7-də “Cenoa”ya baş məşqçi təyin edilmişdi. Komanda onun rəhbərliyi altında 11 oyuna çıxıb, 1 qələbə qazanıb, 3 heç-heçə edib, 7 məğlubiyyətlə üzləşib.


