“Cenoa” və “Sampdoriya” azarkeşləri derbidə dava saldılar

“Cenoa” və “Sampdoriya” azarkeşləri komandaların İtaliya Kubokunun 1/16 finalında keçirilmiş “Fənər derbisi” ərəfəsində dava salıblar.

Arena.az bu barədə “La Gazzetta dello Sport” dərgisinə istinadən məlumat verir.

Hələ oyunun başlamasına bir neçə saat qalmış stadionun yaxınlığında azarkeşlər arasında dava düşüb.

Sosial şəbəkələrdə yayılmış videolara görə, dava iştirakçıları bir-birinə müxtəlif əşyalar və tüstü şaşkaları atıblar. Daha sonra qarşıdurmaya müdaxilə etmiç Genuya polisi hadisə ilə bağlı açıqlama yayıb:

“Dəstələr arasında yerləşən bölmələrin dərhal müdaxiləsi onların arasında toqquşmanın qarşısını alıb. Vəziyyət sabitləşib və tədbirlə bağlı, nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib”, – polisin bəyanatında deyilir.

Oyuna gəlincə, 1:1 hesabı ilə başa çatmış “Cenoa” – “Sampdorya” oyunu şərti qonaqların penaltilər silsiləsində 6:5 hesablı qələbəsi ilə başa çatıb.

Xəbəri istədiklərinizlə paylaşın