Cermeyn Defo yenidən “Sanderlend”də!

Futbol üzrə İngiltərə millisinin sabiq hücumçusu Cermeyn Defo özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 39 yaşlı futbolçu bundan sonra “Sanderlend”in uğurları üçün çalışacaq.

Bu barədə İngiltərə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Cermeyn Defo 2015-2017-ci illərdə də “Sanderlend”də çıxış edib. İngilis hücumçunun son klubu isə Şotlandiya “Reyncers”i olub. O, əvvəllər “Vest Hem”, “Bornmut”, “Tottenhem”, “Portsmut” və “Toronto” klublarında da forma geyinib. İngiltərə yığmasında 57 oyun keçirmiş futbolçu, 20 qola imza atıb.