Çexiya və Danimarka milliləri Bakıya gəldi – FOTOLAR

Futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsində qarşılaşacaq Çexiya və Danimarka milli komandaları Azərbaycana gəlib.

Arena.az xəbər verir ki, hər iki yığmanı gətirən təyyarələr axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Çexiya yığması Bakıda “Hilton” otelində məskunlaşıb. Sözügedən komanda sabah Bakı Olimpiya Stadionunda məşqə çıxacaq.

Danimarka millisi isə “Hyatt” otelində qalacaq. Kasper Hyulmandın çalışdırdığı komanda da sabah Bakı Olimpiya Stadionunda məşq edəcək.

Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya – Danimarka oyununa saat 20:00-da start veriləcək.