Ceyhun Nuriyev: “Qırmızı vərəqə haqlı qərar idi”

“Zirə”nin yarımmüdafiəçisi Ceyhun Nuriyev Azərbaycan Premyer Liqasının 25-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Matçdan sonra Arena.az-a müsahibə verən “qartallar”ın 22 yaşlı futbolçusu qollu bərabərlik (1:1) barədə danışıb:

  • Oyun haqda fikirləriniz necədir?
  • Bəlkə də bizim üçün çempionatın ən ağır oyunu oldu. Çünki matça çox pis başladıq. Qol buraxdıq və sonra 10 nəfərlə qaldıq. Fasilədə oyunu çevirəcəyimizə inanırdıq. Bir xal qazandığımız üçün xoşbəxtik.
  • Qırmızı vərəqə epizodunu necə dəyərləndirirsiz?
  • Fikirimcə, qırmızı vərəqə haqlı qərar idi. Gözümün qarşında oldu. Təmiz “qırmızı” idi.
  • Növbəti tura “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyun haqda nə deyə bilərsiniz?
  • Həmin oyun da çətin olacaq. İtkilərlə çıxacağıq. Bir futbolçumuzu qırmızı vərəqə cəzalısı olduğu üçün oynamayacaq. Bu gün daha iki futbolçumuz zədələndi. Başqa zədəlilərimiz də var. Bütün bunlaraq baxmayaraq, özümüzə inanırıq. Heç bir komandaya uduzmaq istəmirik. “Qarabağ” çempionatımızın ən güclü komandasıdır. Bizim üçün meydanda böyük fərq etmir. Sona qədər mübarizə aparacağıq.

Xatırladaq ki, Ceyhun Nuriyev “Turan Tovuz”la oyunda 90 dəqiqə meydanda olub. Komandasının bərabərlik qolunu da 22 yaşlı hücumameyilli yarımmüdafiəçi vurub. O, 62-ci dəqiqədə penaltidən dəqiq yararlanıb.

Nahid Ustaclı