Ceymi Bayno-Gittens “Borussiya” ilə yeni müqavilə bağladı

Almaniyanın “Borussiya” (Dortmund) klubu gənc hücumçusu Ceymi Bayno-Gittens ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

18 yaşlı forvard yeni müqaviləyə əsasən 2025-ci ilin 30 iyununa kimi bu komandanın uğurları üçün çalışmağa davam edəcək.

Ceymi Bayno-Gittens 2020-ci ilin sentyabrında “Mançester Siti”nin futbol akademiyasından “Borussiya”ya qoşulub. O, bu mövsüm komandanın 2 oyununda iştirak edib, 1 qol vurub. İngiltərədən olan gənc futbolçu bu komandada bütövlükdə 6 oyuna çıxıb. Hücumçu İngiltərənin U-19 yığmasına da dəvət olunur.