İngiltərə yığmasının sabiq müdafiəçisi Ceymi Karrager hesab edir ki, “Mançester Yunayted” hücumçusu Markus Raşfordu satmalıdır.
Arena.az xarıtladır ki, daha əvvəl “Mançester Yunayted”in 27 yaşlı hücumçunu satmağa hazır olduğu haqda məlumat yayılıb.
“Markus Raşford kimi oyunçuların başqa kluba keçidlə əlaqələndirilməsi məni təəccübləndirmir. “Mançester Yunayted” onu satmalıdır, çünki o, aldığı pula dəymir. İl yarımda son 48 oyunda 11 qol kifayət qədər yaxşı nəticə deyil”, deyə Ceymi Karrager fikrini əsaslandırıb.
Xatırladaq ki, Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Raşford cari mövsümdə “qırmızı şeytanlar” üçün 24 oyun keçirib, 7 qol və 3 məhsudlar ötürmə ilə fərqlənib. Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə 426 oyun, 138 qol və 68 məhsuldar ötürmədən ibarətdir.
İngilis hücumçu “Mançester Yunayted”lə Avropa Liqasının (2016/2017), İngiltərə Federasiya Kubokunun (2016, 2024), İngiltərə Liqa Kubokunun (2017, 2023), İngiltərə super Kubokunun (2016/2017) qalibi olub. Raşford 2019/2020 və 2022/2023 mövsümlərində ilin futbolçusu seçilib.
Markus Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 60 oyuna çıxıb. O, bu oyunlarda 17 qol vurub və 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı ingilis sol cinah hücumçusunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.