“Liverpul”un keçmiş futbolçusu Ceymi Karrager “Mançester Yunayted”in niderlandlı müdafiəçisi Matteys de Liqtin oyununu tənqid edib.
Arena.az ingilis mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən başa düşmürəm ki, niyə onlar məkanı doldurmurlar və sağ cinaha keçid etmirlər. Mən bunu tez-tez görürəm. Arxasındakı hücumçunun onunla heç bir əlaqəsi yoxdur. Bu, Lisandro Martinesin işidir. De Liqt irəli gedirsə, Martines kəsmə keçir”, deyə Ceymi Karrager “qırmızı şeytanlar”ın müdafiəsindəki “bardağ”ı təsvir edib.
Xatırladaq ki, Matteys De Liqt futbola 2009-cu ildə “Abkaude” klubunda qədəm qoyub və həmin il buradan “Ayaks”ın futbol akademiyasına yol tapıb, əsas heyətə düşüb. Ardınca 2019-2022-ci illərdə “Yuventus”da çıxış etmiş De Liqt 2022-ci ilin iyulunda 67 milyon avro məbləğ müqabilində “Bayern”ə keçib. 2024-cü ilin avqustunda “Bayern” De Liqti 45 milyon avro məbləğ müqabilində “Mançester Yunayted”ə satıb. “Qırmızı şeytanlar” niderlandlı müdafiəçi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Matteys de Liqtin “Bayern” karyerası 73 oyun, 5 qol və 2 məhsuldar ötürmədən ibarətdir. De Liqt “Bayern”lə Almaniya Bundesliqasının (2022/2023) və Almaniya Super Kubokunun (2022/2023) qalibi olub.
Cari mövsümdə isə De Liqt “Mançester Yunayted”in heyətində 7 oyuna çıxıb və 1 qolla yadda qalıb.
Matteys de Liqt 2017-ci ilin martında debüt etdiyi Niderland yığmasının heyətində 47 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.