Ceyson Denayer Lion “Olimpik”ini BƏƏ klubuna dəyişdi

Futbol üzrə Belçika milli komandasının yarımmüdafiəçisi Ceyson Denayer Fransanın “Olimpik” (Lion) klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli” klubuna transfer olunub. Dubay təmsilçisinə azad agent kimi keçən oyunçu, yeni klubu ilə müddəti 2023-cü ilin 30 iyununa qədər olan müqavilə bağlayıb.

Ceyson Denayer 2018-ci ildən Lion “Olimpik”inin formasını geyinirdi. O, bu komandanın heyətində 139 matça çıxıb, 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Belçikalı oyunçu daha öncə “Qalatasaray”, “Sanderlend”, “Seltik” kimi komandaların da formasını geyinib. O, Belçika yığmasında 35 oyuna çıxıb və 1 qol vurub.