Futbol üzrə Çili milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Eduardo Berisso çalışdıracaq.
Bu barədə Çili Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Berisso ilə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Eduardo Berisso Çili yığmasında apreldə istefaya göndərilən Martin Lasarteni əvəz edib. Hansı ki, o, 2021-ci ilin fevralından bu komandaya rəhbərlik edirdi.
Xatırladaq ki, Berisso daha əvvəl 2007-2010-cu illərdə də Çili milli komandasının məşqçilər korpusunda yer alıb. Lakin həmin vaxt o, köməkçi-məşqçi kimi fəaliyyət göstərib. Daha sonra o, “Estudiantes”, “Higgins”, “Selta”, “Sevilya”, “Atletik” kimi klublarda baş məşqçilik edib. 2019-2021-ci illər aralığında isə 52 yaşlı mütəxəssis Paraqvay yığmasına rəhbərlik edib.


