Çimərlik futbolu üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, milli komandamız İtaliya, Moldova və Estoniya yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.
Oyunlar iyulun 5-dən 9-na qədər “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçiriləcək.
Azərbaycan millisinin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
5 iyul. Saat 18:45
Azərbaycan – Moldova
6 iyul. Saat 18:45
Azərbaycan – Estoniya
7 iyul. Saat 18:45
Azərbaycan – İtaliya



