Cim Retkliff MY-də britaniyalı futbolçulara üstünlük verəcək

Milyarder və Böyük Britaniyanın ən varlı adamlarından biri Cim Retkliff “Mançester Yunayted”lə bağlı yeni islahatlar haqda düşünür.

Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.

Hazırda “Mançester Yunayted”in səhmlərinin 25%-ni almağa yaxın olan Retkliff, futbolçuların seçilməsi sistemində köklü dəyişiklik etmək istəyir. O, eyni zamanda komandaya britaniyalı futbolçuların cəlb edilməsi siyasətini həyata keçirmək niyyətindədir.

Mənbənin məlumatın görə, Cim Retkliff Ser Aleks Ferqyusonun klubda çalışdığı dövrdə yerli futbolçulara xüsusi önəm verildiyi heyətin təsisi modelini bəyənib. Milyarderin sözlərinə görə, son illər “Mançester Yunayted” xarici transfer bazarlarını öyrənmək üçün çox vaxt sərf edir. Bununla belə, daha çox britaniyalı futbolçunun kluba cəlb edilməsi strategiyasının yalnız futbolçunun lazımi futbol keyfiyyətlərinə malik olması şərtilə mümkün olacağı vurğulanır.