Çin çempionu olmuş klub fəaliyyətini dayandırdı

Çinin “Jiangsu Suning” futbol klubu fəaliyyətini dayandırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun yaydığı bəyanatda məlumat verilib.

“Jiangsu Suning”in fəaliyyətini dondurmasına maliyyə problemləri səbəb göstərilib: “Bizə ən yaddaqalan qələbələr qazandırmış futbolçular və sadiq azarkeşlərlə vidalaşmaq istəməsək də, açıqlamağa məcburuq: Bu gündən “Jiangsu Suning” öz komandalarının fəaliyyətinə son qoyur”.

Qeyd edək ki, klubun azı 90 milyon dollar borcunun olduğu bildirilir.