Çin yığmasının sabiq məşqçisi 20 il həbs cəzası aldı

Çin yığmasının keçmiş baş məşqçisi Li Te rüşvət vermək və almaq ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Arena.az bu barədə “Reuters” agentliyinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 2015-ci ildən 2021-ci ilə qədər müddətdə Li Te ümumilikdə 120 milyon yuan məbləğində rüşvət verib və alıb. Məhkəmə belə nəticəyə gəlib ki, Li Te rüşvət müqabilində “milli komandaya müəyyən şəxsləri seçib”. O, həmçinin klublara yarışlarda qalib gəlməyə və oyunçularla müqavilə imzalamağa kömək edib. 47 yaşlı mütəxəssis rüşvət almaq və vermək, təşkilatlara və dövlət qulluğunda olmayan şəxslərə rüşvət vermək də daxil olmaqla, cinayətlərin cəmi üzrə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Li Te 2019-cu ilin sonundan Çin yığmasının baş məşqçisi çalışıb, iki il sonra istefa verib.