Cinsi təcavüzdə şübhəli bilinən Rafa Mir həbsdən azad edildi

“Valensiya”nın iki qadına qarşı cinsi təcavüzdə şübhəli bilinən ispan hücumçusu Rafa Mir həbsdən müvəqqəti əsasda azad edilib.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, hakim Rafa Mirin pasportunun müsadirə edilməsi və ölkədən çıxışına qadağa qoyulması, eləcə də həftəlik məhkəmə iclaslarında iştirakı haqda qərarlar çıxarıb. Həmçinin şübhəli qarşısında hər iki iddiaçı ilə 500 metr məsafə saxlaması haqda tələb və onlarla ünsiyyətə qadağa qoyulub.

Əlavə edək ki, Rafa Mir “Valensiya”da icarə əsasında çıxış edir. Futbolçunun transfer hüquqları “Sevilya”ya məxsusdur.

Daha əvvəl, Rafa Mirin evində keçirilmiş şənlikdə iki qadına qarşı cinsi təcavüzdə iştirakı səbəbindən həbs alındığı haqda məlumat yayılmışdı. “Valensiya” da öz növbəsində bu məlumat əsasında ədalətin bərqərar olması üçün hüquq-mühafiə orqanları ilə əməkdaşlığa hazır olduğunu rəsmən bəyan etmişdi. Həmçinin Rafa Mir ilə birlikdə qadınlara qarşı çirkin əməldə iştirak etdiyi iddia edilən daha bir kişinin saxlanıldığı haqda daha əvvəl məlumat verilmişdi.