ÇL: “Araz-Naxçıvan”ın yer aldığı qrupun oyun təqvimi açıqlandı

Futzal üzrə UEFA Çempionlar Liqasında mübarizə aparacaq “Araz-Naxçıvan”ın yer aldığı H qrupunun təqvimi müəyyənləşib.

Arena.az xəbər verir ki, oyunlar avqustun 21-də başlayacaq.

Bu qrupun ilk oyununun start fiti təmsilçimizin nominal meydan sahibi olduğu matçda səsləndiriləcək.

Futzal
UEFA Çempionlar Liqası
H qrupu

21 avqust

18:00. Araz-Naxçıvan – Sparta Belfast (Şimali İrlandiya)
21:00. Sillamae Silla (Estoniya) – Uddevalla (İsveç)

22 avqust

18:00. Sillamae Silla – Araz-Naxçıvan
21:00. Uddevalla – Sparta Belfast

24 avqust

13:00. Sparta Belfast – Sillamae Silla
16:00. Uddevalla – Araz-Naxçıvan