UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Barselona” ilə səfər oyunu “Bayern” üçün antirekordla əlamətdar olub.
Arena.az məlumat verir ki, Almaniya nəhəngi UEFA Çempionlar Liqasında ardıcıl üçüncü səfər oyununda məğlubiyyət yaşayıb.
Qarşılaşma münhenlilərin 1:4 hesablı yenilgisi ilə başa çatıb. Müvafiq nəticə Almaniya nəhənginin qitənin ən mötəbər klub yarışında antirekordudur. Buna qədər “Bayern” səfərdə “Aston Villa (0:1) və “Real”a (1:2) məğlub olmuşdu.
Liqa mərhələsinin 3 turundan sonra 3 xal toplamış Almaniya klubu UEFA Çempionlar Liqasının yarış cədvəlində 24-cü pillədə qərarlaşıb.


