ÇL-in finalında meydana soxulmuş 3 hoqqabaz məhkəməlik oldu

“Uembli”də Çempionlar Liqasının (ÇL) final oyunu zamanı meydana soxulmaqda iştirak etmiş 3 hoqqabaza qarşı ittiham irəli sürülüb.

Arena.az bu barədə “The Athletic” dərgisinə istinadən məlumat verir.

London polisi bildirib ki, hər üç “qəhrəman” iyunun 24-də və iyulun 10-da məhkəmə qarşısına çıxacaq. Kişilərdən birinin 29, digərinin 28, üçüncünün isə 16 yaşı var.

Xatırladaq ki, Çempionlar Liqasının “Real” və Dortmund “Borussiya”sı arasında keçirilmiş final oyununun lap əvvəlində bu şəxslər meydana soxulmuş, futbolçularla şəkil çəkdirməyə çalışmış və sadəcə olaraq stüardlardan qaçıb qurtarmağa çalışmışdılar.
Hazırda hər üç şəxs nəzarət altındadır. Onların barəsində müvafiq hökm çıxarılana qədər bu cənablar nəzarət aldında da qalacaqlar.

Final oyunuda “Real” “Borussiya”nı 2:0 hesabı ilə məğlub edərək, tarixində 15-ci dəfə Avropanın ən mötəbər klub yarışının qalibi olub.