“Bayer”in 29 yaşlı almaniyalı mərkəz müdafiəçisi Conatan Ta cari mövsümün bitməsilə “əczaçılar”dan ayrılacağını açıqlayıb.
Arena.az bu barədə “Kicker” dərgisinə istinadən məlumat verir:
“Mən hər bir xüsus barədə çox açıq-aydın deyirəm. Hər şey elə, lap əvvəldən deyilmişdi. Belə bir məqam olmuşdu ki, mən müqavilə müddətimi uzatmamaq və burada qalmamaq haqda qərar qəbul etdim”, deyə Ta bildirib.
Conatan Ta “Bayer”ə 2015-ci ilin iyul ayında “Hamburq”dan 9,5 milyon avro məbləğ müqabilində keçib. Tanın “əczaçılar”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ta “Bayer” üçün 45 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Ta ümumilikdə “Bayer”in heyətində 398 oyuna çıxıb, 17 qol vurub, 13 məhsuldar ötürmə verib.
Conatan Ta 2016-cı ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 35 oyun keçirib.
Ta “Bayer”lə Almaniya Bundesliqasının (2023/2024), Almaniya Kubokunun (2023/2024) və Almaniya Super Kubokunun (2024/2025) qalibi olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.