Cordan Ceyms “Birmingem Siti”ni “Renn”ə dəyişdi

Uels millisinin və İngiltərənin “Birmingem Siti” klubunun mərkəz yarımmüdafiəçisi Cordan Ceyms bundan sonra “Renn”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bu transfer Liqa 1 təmsilçisinə 5 milyon avroya başa gəlib. 20 yaşlı futbolçu yeni klubu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Cordan Ceyms “Birmingem Siti”nin yetirməsidir. Gənc futbolçu bu klubun əsas komandasının heyətində 105 oyun keçirib, 10 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Cordan 2023-cü ilin mart ayından Uels yığmasında çıxış edir. O, bu ölkənin millisində 11 oyun keçirib, fərqlənə bilməyib.