Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 16-cı turu çərçivəsində baş tutan “Ərzurumspor”la oyunun iştirakçısı olub.
“Ümraniyəspor” səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki dördüncü heç-heçəsidir.
Coşqun bu oyuna start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib. O, əvəzlənərkən sarı vərəqə də alıb. 40-cı dəqiqədən etibarən hesabda öndə olan Coşqunun komandası 90+5-ci dəqiqədə buraxdığı qolla qələbəni əldən verib.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la bu ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 17 oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.
16 turdan sonra “Ümraniyəspor” 19 xalla 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.
Xəbəri paylaşın:
- Click to share on Facebook (Opens in new window) Facebook
- Click to share on WhatsApp (Opens in new window) WhatsApp
- Click to share on X (Opens in new window) X
- Click to share on Telegram (Opens in new window) Telegram
- Click to email a link to a friend (Opens in new window) Email
- Click to share on LinkedIn (Opens in new window) LinkedIn
- Click to share on Reddit (Opens in new window) Reddit
- Click to share on Tumblr (Opens in new window) Tumblr
- Click to share on Pinterest (Opens in new window) Pinterest
- Click to share on Pocket (Opens in new window) Pocket
- Click to share on Nextdoor (Opens in new window) Nextdoor
- Click to share on Mastodon (Opens in new window) Mastodon
- Click to print (Opens in new window) Print