Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası bu gün TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 22-ci turu çərçivəsində “Çorum”la qarşılaşıb.
Coşqunun komandası səfərdə baş tutan bu qarşılaşmadan ağır məğlubiyyətlə ayrılıb – 0:4.
Diniyev bu oyunda 90 dəqiqə meydanda olub. “Bandırmaspor” isə hər hissədə iki qol buraxmaqla yekunda xalsız qalıb.
Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 20 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda “Bandırmaspor” 34 xalla Birinci Liqanın yarış cədvəlində 5-ci pillədə qərarlaşıb.