Coşqun Diniyev “Altay”a qarşı 18 dəqiqə oynadı, 3 xala sevindi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 25-ci turu çərçivəsində baş tutan “Altay”la oyunun iştirakçısı olub.

“Ümraniyəspor” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:0. Meydan sahibləri 45 və 71-ci dəqiqələrdə vurduqları qollarla 3 xala sahib çıxıblar.

Bu, İstanbul təmsilçisinin cari mövsümdəki 8-ci qələbəsidir. Futbolçumuzun komandası qalan oyunlarda 6 heç-heçə edib və 1 məğlubiyyətə üzülüb.

Coşqun bu oyunun 72-ci dəqiqəsində, hesab 0:2 olarkən meydana buraxılıb və sonadək oynayıb.

Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 24 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.

25 turdan sonra “Ümraniyəspor” 30 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.