Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 6-cı turu çərçivəsində baş tutan “Eyüpspor”la oyunun iştirakçısı olub.
“Ümraniyəspor” Türkiyə millisinin və “Qalatasaray”ın sabiq ulduzu Arda Turanın çalışdırdığı bu rəqiblə qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:2.
Coşqun səfərdə baş tutan bu oyuna start heyətdə başlayıb və 80-ci dəqiqədə əvəzlənib.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la bu ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 6 oyuna çıxıb.
6 turdan sonra “Ümraniyəspor” 2 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.


