Coşqun Diniyev məhsuldar ötürmə verdi, komandası… – Video

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 18-ci turu çərçivəsində baş tutan “Gənclərbirliyi” ilə oyunun iştirakçısı olub.

“Ümraniyəspor” doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki beşinci heç-heçəsidir. Sözügedən komanda qalan oyunlardan 6 qələbə, 7 məğlubiyyətlə ayrılıb.

Coşqun bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. O, komandasının 79-cu dəqiqədə vurduğu cavab qolunda məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 18 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.

18 turdan sonra “Ümraniyəspor” 23 xalla 18 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.