Coşqun Diniyev “Pendikspor”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 18-ci turu çərçivəsində “Pendikspor”la qarşılaşıb.

Coşqunun komandası səfərdə baş tutan bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1.

Diniyev bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu bu yay “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 17 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda “Bandırmaspor” 34 xalla Birinci Liqanın yarış cədvəlində 2-ci pillədə qərarlaşıb.

Xəbəri istədiklərinizlə paylaşın