Covanni De Lorentso “Napoli” ilə yeni müqavilə bağladı

İtaliyanın “Napoli” klubu müdafiəçisi Covanni De Lorentso ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Neapol təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvvəlki sözləşmənin müddəti bu yaya qədər idi.

Qeyd edək ki, Covanni Di Lorentso 2019-cu ildən “Napoli”nin uğurları üçün çalışır. O, geridə qalan iki mövsüm ərzində bu komandanın heyətində meydana çıxdığı 95 matçda 7 qolla yadda qalıb. Sağ cinah müdafiəçisi 13 rəsmi matça çıxdığı İtaliya yığmasında bu yay Avropa çempionu olub. Futbolçu əvvəllər “Recina”, “Kuneo”, “Matera” və “Empoli” klublarının da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: