“Sabah”ın yarımmüdafiəçisi Coy-Lens Mikels paytaxt klubu ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Almaniyalı vingerlə bu mövsümün sonunda başa çatacaq müqavilənin müddəti artırılıb. Yeni anlaşmanın müddəti 1+1 illikdir.
Coy-Lens Mikels 2021-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, bu komandanın heyətində keçirdiyi 41 matçda 21 qola imza atıb. Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur.