Cüdo: Gənclərdən ibarət milli üçün Malaqa sınağı

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət millisi İspaniyanın Malaqa şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, ölkəmiz yarışda oğlanlar arasında 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq. Daha sonra cüdoçularımız mayın 20-22-də Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

Cüdoçulara gənclərdən ibarət millinin baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcəklər.

Avropa Kuboku mayın 18-19-da keçiriləcək. Turnirdə 21 ölkədən 351 idmançı iştirak edəcək.

60 kq
Əli Hacıyev
Murad Muradlı

66 kq
Mehdi Cəfərov
İslam Rəhimov
Məhəmməd Musayev

73 kq
Aydın Rzayev
Əbil Yusubov

81 kq
Süleyman Şükürov
Əli Hacızadə

90 kq
Davud Namazlı
Tuncay Şamil

100 kq
Əjdər Bağırov

+100 kq
Kənan Nəsibov
İlkin Baxşəliyev