Cüdo: Gənclərdən ibarət millimizin 16 üzvü üçün Tallin sınağı

Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli komandaları 5-8 sentyabrda keçiriləcək cüdo üzrə Avropa çempionatında iştirak edəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan Estoniyanın paytaxtı Tallində keçiriləcək yarışda 11 çəki dərəsində 9 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq.

Gənclərdən ibarət yığmanın cüdoçuları Avropa çempionatına hazırlıq məqsədilə Xorvatiya, İspaniya, Avstriyada və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.

İdmançılar 5-7 sentyabr tarixlərində çempionatın fərdi yarışlarında, 8 sentyabrda isə komanda yarışlarında iştirak edəcəklər. Məmmədrza Hacızadə komanda yarışında mübarizəyə qoşulacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığma komandanın məşqçiləri Elnur İsmayılov və İmamverdi Məmmədov rəhbərlik edəcək.

Qeyd edək ki, yarışda Olimpiya mükafatçısı Rüstəm Orucov Avropa Cüdo Birliyi tərəfindən idman komissarı, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əli Dəvrişov isə İnformasiya Texnologiyaları üzrə təşkilat komitəsinin üzvü kimi fəaliyyət göstərəcək.

Çempionata qatılacaq Azərbaycan yığmalarının heyətini təqdim edirik:

Qızlar

-48 kq
Könül Əliyeva
Fəridə Mirzəyeva

-52 kq
Xədicə Qədəşova

-57 kq
Fidan Əlizadə
Fidan Qasımova

-70 kq
Pərvanə Abdullayeva

+78 kq
Nigar Süleymanova

Oğlanlar

-60 kq
Nizami İmranov

-73 kq
Vüsal Qələnədrzadə
Aydın Rzayev

-81 kq
Vüsal Qələndərzadə

-90 kq
Aslan Kotsoyev

-90 kq
Şamil Tuncay

-100 kq
Əjdər Bağırov

+100 kq
Ramazan Əhmədov
Kənan Nəsibov