Cüdo üzrə Azərbaycan milli komandasının gələn həftə Bakı şəhərində keçiriləcək “Böyük dəbilqə” turniri üçün yekun heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bir neçə gün öncəyə kimi yığmamızın bu yarışda 33 idmançı ilə təmsil olunacağı məlum idi. Amma son anda daha 3 cüdoçumuzun adı bu turnir üçün sifariş olunub. Beləliklə, Azərbaycan millisi bu yarışda 13 çəki dərəcəsində 23 kişi və 13 qadın idmançı ilə təmsil olunacaq.
Üç gün davam edəcək turnirdə bütövlükdə 64 ölkədən 416 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, “Böyük dəbilqə” turniri fevralın 16-da başlayacaq. Ayın 18-nə qədər davam edəcək turnir Milli Gimnastika Arenasında keçiriləcək.
Yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
Azərbaycan millisinin heyətində yer almış cüdoçuların siyahısını təqdim edirik:
Qadınlar
-48 kq
Leyla Əliyeva
Könül Əliyeva
Ramilə Əliyeva
Şəfəq Həmidova
-52 kq
Gültac Məmmədəliyeva
Aydan Vəliyeva
Xədicə Qədəşova
-57 kq
Fidan Əlizadə
Acelya Toprak
-63 kq
Aytac Qardaşxanlı
-70 kq
Südabə Ağayeva
Günel Həsənli
+78 kq.
Nigar Süleymanova
Kişilər
-60 kq
Balabəy Ağayev
Turan Bayramov
Nazir Talıbov
Əhməd Yusifov
-66 kq
Yaşar Nəcəfov
Kamran Süleymanov
Rəşad Yekliyev
İslam Rəhimov
-73 kq
Hidayət Heydərov
Rəşid Məmmədəliyev
Nurlan Osmanov
İbrahim Əliyev
-81 kq
Səid Mollayi
Zelim Tçkayev
Ömər Rəcəbli
-90 kq
Murad Fətiyev
Elcan Hacıyev
Vüqar Talıbov
-100 kq
Zelim Kotsoyev
Əjdər Bağırov
+100 kq
Uşanqi Kokauri
Camal Qamzatxanov
Kənan Nəsibov