Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli komandaları 2-6 oktyabrda keçiriləcək cüdo üzrə dünya çempionatında iştirak edəcək.
Arena.az xəbər verir ki, Tacikistanın paytaxtı Düşənbə şəhərində keçiriləcək yarışda 11 çəki dərəsində 9 oğlan və 4 qız cüdoçu ilə təmsil olunacaq.
İdmançılarımız 2-5 oktyabr tarixlərində çempionatın fərdi yarışlarında, 6 oktyabrda isə komanda yarışlarında iştirak edəcəklər. Pərvanə Abdullayeva, Nigar Süleymanova və Süleyman Əliyev komanda yarışında mübarizəyə qoşulacaqlar.
Cüdoçulara böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, məşqçi Elnur İsmayılov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcəklər.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Çempionata qatılacaq heyəti təqdim edirik:
Qızlar
-48 kq
Könül Əliyeva
-52 kq
Xədicə Qədəşova
Aydan Vəliyeva
-57 kq
Fidan Əlizadə
Oğlanlar
-60 kq
Nizami İmranov
-66 kq
İslam Rəhimov
Məhəmməd Musayev
-73 kq
Vüsal Qələndərzadə
-81 kq
Süleyman Şükürov
-90 kq
Tuncay Şamil
Aslan Kotsoyev
-100 kq
Əjdər Bağırov
+100 kq
Kənan Nəsibov