Cüdo üzrə Avropa çempionatına 36 veteran idmançı ilə

İyunun 8-dən 10-na qədər Sloveniyanın Podçetrtek şəhərində cüdo üzrə veteranlar arasında Avropa çempionatı keçiriləcək.

Arena.az xəbər verir ki, 37 ölkədən 669 idmançının qatılacağı çempionatda Azərbaycan 7 yaş kateqoriyası üzrə 36 idmançı ilə təmsil olunacaq.

Veteranlardan ibarət komandamıza baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edəcək.

Yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Fariz Hüseynov ədalət təmsilçiləri arasında yer alacaq.

M1 yaş kateqoriyası

66 kq
Rəşid Şəmizadə

81 kq
Orxan Hacıağalı

90 kq
Murad Rəcəbli

100 kq
İmran İmanov

+100 kq
Qurban Məmmədli

M2 yaş kateqoriyası

66 kq
Vüqar Babayev

73 kq
Məmməd Məmmədov

81 kq
Vüqar Əliyev

90 kq
İlham Heydərov

100 kq
Oqtay Paşayev

+100 kq
Ruslan Əliyev, Vasif İbrahimov

M3 yaş kateqoriyası

81 kq
Eldar Qasımov, Zülfüqar Hüseynov, Azər Fətullayev, Ceyhun Hüseynov

90 kq
Rövşən Bağırov, Aqşin Atakişiyev, Vüsal Cafərov

100 kq
Valeri Fomin, Rövşən Ömərov, Ramil Muradov

M4 yaş kateqoriyası

60 kq
Babək Hacıyev

73 kq
Vüqar Budaqov

90 kq
Mahir Ağamirzəyev

100 kq
Emil Hüseynov

+100 kq
Ayaz Ümüdəliyev

M5 yaş kateqoriyası

66 kq
Azad Abbasov

90 kq
Əli Şahtaxtinski

100 kq
Rövşən Muxtarov

M6 yaş kateqoriyası

73 kq
Müşviq Cəfərov

81 kq
Natiq Qasımov

+100 kq
Azər Əsgərov, Qabil Qasımov

M7 yaş kateqoriyası

90 kq
Fərhad Rəcəbli, Nazim Əliyev