Cüdo üzrə Azərbaycan millisinin Olimpiada üçün heyəti açıqlandı

Fransa keçiriləcək Yay Olimpiya Oyunlarında (Paris-2024) iştirak edəcək cüdo üzrə Azərbaycan millisinin heyəti bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, olimpiadada ölkəmizi təmsil edəcək milli komandanın heyəti müəyyənləşib.

İyulun 26-da başlayacaq XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək cüdoçuların siyahısını təqdim edirik:

Qadınlar

48 kq
Leyla Əliyeva

52 kq
Gültac Məmmədəliyeva

Kişilər

60 kq
Balabəy Ağayev

66 kq
Yaşar Nəcəfov

73 kq
Hidayət Heydərov

81 kq
Zelim Tçkayev

90 kq
Elcan Hacıyev

100 kq
Zelim Kotsoyev

+100 kq
Uşanqi Kokauri