Azərbaycanın cüdo üzrə böyüklərdən, gənclərdən və yeniyetmələrdən ibarət komandaları həftəsonu beynəlxalq yarışlara qatılacaqlar. Arena.az xəbər verir ki, böyüklərdən ibarət yığmamız Bosniya və Herseqovinada təşkil olunacaq Avropa kubokunda mübarizə aparacaq.
20-21 mayda keçiriləcək turnirə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo evsahibliyi edəcək. 25 ölkədən 313 idmançının qatılacağı turnirdə Azərbaycan 13 nəfərdən ibarət heyətlə təmsil olunur. Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev və Mehman Əzizov rəhbərlik edəcək.
Yarışda Azərbaycan Cüdo Federasiyasının B kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
Kişilər
-60 kq
Rövsən Əliyev
-66 kq
Tofiq Əliyev
Ruslan Paşayev
Kamran Süleymanov
-73 kq
İbrahim Əliyev
Telman Vəliyev
-81 kq
Kərim Allahverdiyev
Məhərrəm İmamverdiyev
-90 kq
İbrahim Ağakişiyev
Musa Hüseynli
-100 kq
Aslan Mirzəyev
Adil Kərimli
Ruslan Nəsirli
Gənc və yeniyetmə cüdoçularımız qüvvələrini sınayacaqlar
20-21 mayda İspaniyanın Malaqa şəhərində də gənclər arasında Avropa kuboku keçiriləcək. Turnirdə 22 ölkədən 318 idmançı iştirak edəcək. Azərbaycan yarışda 6 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçularımıza gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcəklər.
İdmançılarımız 22-24 mayda Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına da qatılacaqlar.
Azərbaycan Cüdo Federasiyasının B kateqoriyalı beynəlxalq dərəcəli hakimi Bəhriyyə Hüseynova Malaqada ədalət təmsilçiləri arasında yer alacaq.
Oğlanlar
-60 kq
Nizami İmranov
Nurlan Kərimli
Əli Hacıyev
Eltun İmranov
Murad Muradlı
-66 kq
Samir Piriyev
İslam Rəhimov
Aydın Rzayev
Nicat Nağıyev
-73 kq
Süleyman Əliyev
Qadir Hüseynov
Vüsal Qələndərzadə
-81 kq
Ömər Rəcəbli
Xəyyam Əliyev
-90 kq
Əjdər Bağırov
İsmayıl Zamanov
+100 kq
Kənan Nəsibov
20-21 mayda Polşanın Bielsko Biala şəhərində də yeniyetmələr arasında Avropa kuboku keçiriləcək. Turnirdə 34 ölkədən 804 idmançı iştirak edəcək. Azərbaycan yarışda 11 çəki dərəsində 10 oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçisi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Kifayət Qasımova rəhbərlik edəcək.
Yeniyetmə qızlar da 22-24 mayda Bielsko Bialada təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.
Oğlanlar
-50 kq
Nihad Məmişov
Məhəmməd Məmişov
Əhməd Rüstəmov
-60 kq
Xanəhməd Şərifov
-66 kq
Cəsur İbadlı
Mehdi Cəfərov
-81 kq
Hüseyn Eyvazlı
-90 kq
Tuncay Şamil
+90 kq
Eldar Əliyev
Rəsul Səmədli
Qızlar
-40 kq
Nigar Məmişova
-44 kq
Aytac Yolçuzadə
-48 kq
Vüsalə Hacıyeva
-52 kq
Xədicə Qədəşova
Aytən Verdiyeva
-63 kq
Kamilla Toholiyeva