Cüdo: Yeniyetmələr üçün Sofiya sınağı

Azərbaycanın yeniyetmə oğlanlardan və qızlardan ibarət milli yığma komandaları cüdo üzrə Avropa çempionatında iştirak edəcək.

Arena.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq yarışda Azərbaycan 19 cüdoçu ilə təmsil olunacaq.

Yığma komandamız yarışda 14 çəki dərəcəsində mübarizə aparacaq. Millimiz 10 oğlan və 9 qız cüdoçu ilə təmsil olunacaq.

Avropa çempionatında cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Qeyd edək ki, idmançılar 27-29 iyun tarixlərində çempionatın fərdi yarışlarında qüvvələrini sınayacaqlar. 30 iyunda isə komanda yarışları baş tutacaq. Fərid Qarayev yalnız komanda yarışında mübarizəyə qoşulacaq.

Çempionata qatılacaq heyəti təqdim edirik:

Qızlar

-40 kq
Xədicə Abdullayeva

-44 kq
Leyla Ələkbərova
Nərmin Məmmədli

-48 kq
Diana Eldarova
Nuranə Hacızadə

-52 kq
Vüsalə Hacıyeva
Aysun Məmmədova

-57 kq
Aytən Verdiyeva

-70 kq
Mələk Bayramlı

Oğlanlar

-50 kq
Bahadur Feyzullayev
Məhəmmədəli Hüsiyev

-55 kq
Nihad Məmişov

-60 kq
Nihad Rəhimov

-66 kq
Səlim Soltanov

-73 kq
Cəsur İbadlı

-81 kq
Mehdi Abbasov
Əli Qazıməmmədov

-90 kq
Hüseyn Eyvazlı

+90 kq
Sübhan Axundov