Bu gün mayın 25-dən 27-nə qədər Avstriyanın Linz şəhərində keçiriləcək cüdo üzrə qran-pri turnirinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, üç gün davam edəcək turnirdə dünyanın 72 ölkəsindən 455 idmançı iştirak edəcək.
Azərbaycan millisi də sözügedən qran-pridə mübarizə aparacaq. Yığmamız bu turnirə 12 cüdoçu ilə qatılıb. Cüdo millimiz yarışda 8 çəki dərəsində 8 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq.
Mötəbər yarışda qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov bu cüdoçuları sınaqdan keçirəcək: Leyla Əliyeva, Şəfəq Həmidova, Gültac Məmmədəliyeva və Fidan Əlizadə.
Böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev və Elçin İsmayılov, böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında yarışacaq kişi cüdoçularımız isə bunlardır: Nazir Talıbov, Əhməd Yusifov, Kamran Süleymanov, Rəşad Məmmədəliyev, Nurlan Osmanov, Zelim Tçkayev, Murad Fətiyev, Elcan Hacıyev.
Artıq Azərbaycan cüdoçularının ilk rəqibləri də məlumdur. Püşkün nəticələrini təqdim edirik:
Kişilər
-60 kq
Nazir Talıbov – Younes Saddiki (Mərakeş)
Əhməd Yusifov – Dilan Munro (Böyük Britaniya)
-66 kq
Kamran Süleymanov – Cason Patrik Zakko (Mərkəzi Afrika Respublikası)
-73 kq
Rəşad Məmmədəliyev – Daniel Seqado Fernandez (İspaniya)
Nurlan Osmanov – Telmo Qomes (Portuqaliya)
-81 kq
Zelim Tçkayev – Dominik Ressel (Almaniya) / Leon Tsçilikin (Avstriya) görüşünün qalibi
-90 kq
Murad Fətiyev – Daniel Nieto Trinidad (İspaniya)
Elcan Hacıyev – Karel Foubert (Belçika)
Qadınlar
-48 kq
Leyla Əliyeva – Marusa Stanqar (Sloveniya)
Şəfəq Həmidova – Şəfəq Həmidova (Serbiya)
-52 kq
Gültac Məmmədəliyeva – Karina Klaus-Sternvieser (Avstriya) / Erza Muminoviq (Kosova) görüşünün qalibi
-57 kq
Fidan Əlizadə – Mariya Ruiz Muro (İspaniya)