Dadaşov oynadı, “Şalke” yeni mövsümdə ilk məğlubiyyətə üzüldü

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 3-cü turu çərçivəsində baş tutan “Lippstadt”la matçın iştirakçısı olub.

“Şalke” bu rəqiblə doğma meydanda qarşılaşıb. Dörd qolun qeydə alındığı matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 1:3.

Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Şalke”nin ikinci komandası bu nəticədən sonra 6 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.