Daha bir oyunun yeri dəyişdirildi – Çempionlar Liqası

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin daha bir matçının məkanı dəyişdirlib.

Arena.az xəbər verir ki, bu mərhələnin “Atletiko” ilə “Çelsi” arasında keçiriləcək ilk oyunu Madriddə yox, Rumıniyanın Buxarest şəhərində baş tutacaq.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Bu qərarın verilməsinə koronavirus səbəb olub. Belə ki, pandemiya ilə əlaqədar İspaniya və İngiltərə arasında beynəlxalq uçuşlar dayandırılıb.

Sözügedən matç fevralın 23-də keçiriləcək.

Daha əvvəl bu mərhələnin “Leypsiq” – “Liverpul” və “Borussiya” (Münhenqladbax) – “Mançester Siti” oyunları üçün də oxşar qərar verilib. Bu oyunlar Budapeştdə keçiriləcək.