Dani Alves həbsdən müvəqqəti olaraq buraxıla bilər

Braziliya millisinin məşhur sabiq müdafiəçisi, cinsi təcavüzdə ittiham edilərək həbsə məhkum edilmiş Dani Alves müvəqqəti azad edilə bilər.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Bildirilir ki, gələn həftə, martın 19-da Alvesin müvəqqəti azadlığa buraxılması ilə bağlı müraciətinə baxılacaq dinləmələr keçiriləcək. Bu təklif qəbul edilərsə, braziliyalı futbolçu daha əvvəl haqqında çıxarılmış hökm qanuni qüvvəyə minənə qədər azadlıqda qalacaq.

Xatırladaq ki, bir müddət əvvəl Daniel Alves zorlama işində təqsirli bilinərək, 4,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Alves həmçinin zərərçəkmişə mənəvi təzminat kimi 150 min avro məbləğində ödənişə mükəlləf edilib.

Bundan əvvəl braziliyalının vəkili bu həbs cəzanın yüngülləşdirilməsi üçün apellyasiya şikayəti vermişdi.

Dani Alves 2023-cü ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılır. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülmüşdü. Daha sonra Alves bir neçə dəfə müvəqqəti zaminə buraxılmamışdı. Hazırda ötənlərin məşhur futbolçusu həbsdə nəzarət altında qalmaqda davam edir.