Daniel Alves məhkəmədə ifadə verdi

Futbol üzrə Braziliya milli komandasının sabiq müdafiəçisi, zorlamada ittiham edilən Dani Alves məhkəmədə çıxış edib.

Arena.az SS dərgisiniə istinadən Daniel Alvesin məhkəmədə verdiyi ifadəni təqdim edir:

“Söhbət başladı, rəqs etməyə başladıq, ona yaxınlaşdım, amma hörmətlə. O, mənim ətrafımda rəqs etməyə başladı və biz yaxınlaşmağa başladıq. Mənə hə dedi. Mən təkidmi etdim? Yox, əsla. Ayaqyoluna girdik, o, şalvarımın düymələrini açmağa başladı, mən ona kömək etdim. O, üstündə idi, mən onun belindən yapışdım. Mən qəddar insan deyiləm və ümumiyyətlə onun saçından yapışmamışam”, deyə Alves təffərrüata varıb.

Xatırladaq ki, bundan əvvəl Alvesin anası oğlunu görmək üçün məhkəmə zalına gəlib. Amma məhkəmə başlamazdan əvvəl braziliyalı keçmiş futbolçu məhkəmədən anası və digər ailə üzvlərinin məhkəmə zalından kənarlaşdırılmasını istəyib.

Xatırladaq ki, Dani Alves 2023-cü ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılır. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülüb.

Məhkəmə davam edir və tezliklə Alves barəsində hökm çıxarılacaq.