Keçmiş futbolçu Daniel Alvesin doğulduğu Baiya ştatının Juazeyru şəhərindəki heykəli üzərinə ağ boya axıdılıb.
Arena.az “Globo Esporte” dərgisinə istinadən məlumat verir ki, bu hadisə zorlama işində təqsirli bilinən Daniel Alves haqda məhkəmənin çıxardığı müvafiq hökmdən sonra icra edilib.
Mənbənin bildirdiyinə görə, hökm elan edildikdən sonra Juazeyru şəhərinin sakinləri şəhər hakimiyyətinə müraciət edərək, 2020-ci ildə Daniel Alvesin şərəfinə dikilmiş heykəli götürməyə çağırıblar. Şəhər rəsmiləri iş bitənə qədər mövqe tutmadan yekun qərarı gözləmək niyyətindədirlər. Daha əvvəl heykəl iki dəfə vandalizmə məruz qalmışdı.
İnsanlıq və ədalət adına yazılmamış qanunların cəmiyyət arasında böyük nüfuza sahib olduğu və bu anlayışların kriminal ünsürlər arasında geniş yayıldığı Braziliyada cinsi təcavüz yolverilməz əməl hesab edilir. Odur ki, zorlama işində təqsirli bilinmiş Dani Alvesin kütlə tərəfindən qiyabi cəzaya məhkum edildiyi vurğulanır. Alvesin heykəli üzərinə başdan aşağı axıdılmış ağ boyanın spermanı ifadə etdiyi və keçmiş futbolçunun ünvanına bir ismarış olduğu vurğulanır. Belə ki, kriminal aləmdə qadına qarşı cinsi təcavüz alçaq bir əməl kimi qəbul edilir. Bu əməli törədərək zorlama maddəsi ilə cəza çəkən dustaqların üzdəniraq edilməsi ilə başa çatır.
Xatırladaq ki, bir müddət əvvəl Alvesin zorlama işində təqsirli bilinərək, 4,5 il müddətinə azadlıqdan məhrum edildib. O, həmçinin zərərçəkmişə mənəvi təzminat kimi 150 min avro məbləğində ödənişə müəkəlləf edilib.
Daniel Alves 2023-cü ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılır. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülüb. Daha sonra Alves bir neçə dəfə müvəqqəti zaminə buraxılmamışdı. Hazırda ötənlərin məşhur futbolçusu cəzasını çəkməyə hazırlaşır.
