“Milan”ın əfsanəsi Paolo Maldininin oğlu, “Montsa”nın yarımmüdafiəçisi Daniel Maldini kumirləri və İtaliya yığmasına çağırışından danışıb.
Arena.az jurnalist Nikolo Skiraya istinadən, italyan futbolçunun bu barədə fikrini təqdim edir:
“Kaka – mənim kumirimdir, Dibala isə məni ən çox təsirləndirən rəqibdir. Milli komandanı xəyal edirdim, çağırıldığıma görə isə şadam. Həm hücumameyilli yarımmüdafiəçi, həm hücumçu, həm də ikinci hücumçu kimi oynaya bilərəm. Atma? Onun xoşbəxt olduğunu bilirəm…”, deyə Maldini sevinclə bildirib.
Hücumameylli yarımmüdafiəçi Daniel Maldini “Milan”ın yetirməsidir. Daniel Maldini “Montsa”ya 2024-cü ilin iyulunda “Milan”dan azad agent qismində keçib. Buna qədər Maldini “Spetsiya”, “Empoli” və “Montsa”da icarə əsasında çıxış edib. Maldininin “Montsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvədədir.
Cari mövsümdə Maldini “Montsa” üçün 8 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Daniel Maldini İtaliyanın U-18, U-19 və U-20 yığmalarına dəvət alıb və oyun təcrübəsinə malikdir.
Daniel Maldininin qənimətlər muzeyində “Milan”la İtaliya A Seriyası çempionluğu (2021/2022) var.
“Transfermarkt” internet-portalı 22 yaşlı italyan yarımmüdafiəçinin transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.



