Daniel Perets “Bayern”i tərk etmək niyyətində deyil

İsrail yığmasının və Almaniya nəhəngi “Bayern”in qapıçısı Daniel Perets Münhen klubundakı gələcəyi ilə bağlı fikrini bildirib.

Arena.az yəhudi qapıçının bu barədə fikrini təqdim edir:

“Mən daha yaxşı olmaq və idman formasında qalmaq üçün öz üzərimdə çox işləməyə çalışıram. Hazırda, mən icarəyə yollanmaq fikrində deyiləm”, deyə Perets iddiasını ortaya qoyub.

Daniel Perets Təl-Əviv “Makkabi”sinin yetirməsidir. Ölkəsində Təl-Əviv “Beytar”ının da formasını geyinmiş 24 yaşlı qolkiper “Bayern”ə 2023-cü ilin avqust ayında 5 milyon avro müqabilində keçib.

Daniel Almaniya nəhənginin heyətinə düşməkdə çətinlik çəkir. O, cari mövsümdə cəmi 1 oyuna çıxıb. İsrailli qapıçı həmin oyunda qapısını toxunulmaz saxlamağı bacarıb. Perets “Bayern”in əsas komandasında bütövlükdə 2 oyun keçirib, 2 qol buraxıb.

Daniel Perets İsrailin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, 2022-ci ilin noyabr ayında isə əsas millidə debüt edib. O, İsrail millisinin heyətində 4 oyuna çıxıb, 3 qol buraxıb, 3 oyunda qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı qapıçının transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: