Daniel Riolo: “Kilian Mbappe müharibə elan edib”

Fransız futbol mütəxəssisi Daniel Riolo PSJ-nin ulduz hücumçusu Kilian Mbappe ətrafında yaranmış vəziyyətdən danışıb.

Arena.az “Get French Football News”a istinadən Riolonun fikirlərini diqqətinizə çatdırır:

“Biz böyük bir dastan izləyirik. PSJ bu məktubu bu gün alacağını gözləmirdi. Bu, bir növ müharibə elanına bənzəyir. Onlar dəhşət içindədirlər. Mbappe daha vədlərə inanmadığı üçün bunu indi elan edir. O, artıq layihəyə inanmır. Bu, PSJ üçün hər şeyi dəyişir – hətta danışıqların getdiyi məşqçi axtarışını da. PSJ-nin baş direktoru olsaydım, dəqiq qərar verib Mbappeni yayda satardım. Komandada son ilini keçirdiyini elan edən oyunçunu saxlamaq olmaz”.

Xatırladaq ki, daha əvvəl Mbappenin müqaviləsini yeniləməmək istəyi haqda kluba ünvanladığı məlumat ictimaiyyətə sızmış, PSJ rəhbərliyinin bundan qəzəblənərək hücumçunu transferə çıxardığı haqda məlumat yayılmışdı. Maraqlıdır ki, daha bir məlumatda parislilərin Mbappenin heç bir halda “Real”a keçməsini istəmədiyi də deyilirdi. Hazırda PSJ və “Real”ın Mbappenin transferi haqda danışıqlar apardığı deyilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: