Braziliya millisinin müdafiəçisi Danilo zorlama işi üzrə cəza çəkən, “selesao”nun sabiq ulduzları Daniel Alves və Robinyo haqda danışıb.
Arena.az “Football Talk” dərgisinə istinadən məlumat verir ki, Danilonun bu barədə fikirlərini təqdim edir:
“Anlamalıyıq ki, bizim də analarımız, bacılarımız, qızlarımız, arvadlarımız, rəfiqələrimiz var. Bu qadınlar biz kişilərdə olmayan sınaqlar və düşüncələr yaşayırlar”, deyə Danilo bildirib.
Xatırladaq ki, Robinyo 2017-ci ildə “Milan”da oynadığı vaxt, 2013-cü ildə Milanın gecə klublarının birində zorlamaya görə 9 il həbs cəzasına məhkum edilmişdi. İtaliya məhkəməsinə görə, Robinyo və onun dörd dostu, həmin gün ad gününü qeyd edən gənc alban qadını təhqir edib və müştərək zorlayıblar.
Daha əvvəl Ali Ədalət Məhkəməsi İtaliya məhkəməsinin Robinyoya qarşı çıxardığı hökmün Braziliyaya köçürülməsi ilə təsdiqlənməsinə səs verib. Robinyo həbsə alınaraq türməyə salınıb və cəzasını çəkir.
Daniel Alvesə gəlncə, bu “igid” 2023-cü ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılırdı. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülmüşdü. Daniel zorlama işində təqsirli bilinərək, 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Alves həmçinin zərərçəkmişə mənəvi təzminat kimi 150 min avro məbləğində ödənişə mükəlləf edilib.