Danimarka – Belçika matçının ən yaxşı futbolçusu

AÇ-2020-nin B qrupu çərçivəsində keçirilən Danimarka – Belçika matçının ən yaxşı futbolçusu müəyyənləşib. Arena.az xəbər verir ki, Belçika yığmasının hücumçusu Romelu Lukaku bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu bu görüşdə sərgilədiyi performansla qazandıqları 261 hesablı qələbədə əsas pay sahiblərindən biri olub.

Xatırladaq ki, Lukaku ilk turda Rusiyaya 3:0 hesabıyla qalib gəldikləri görüşdə də matçın ulduzu seçilmişdi. Bununla da Romelu AÇ-2020-də iki dəfə matçın ən yaxşı futbolçusu seçilən ilk oyunçu olub.

Qeyd edək ki, Romelu Lukaku hazırda İtaliyanın “İnter” klubunun formasını geyinir.