Darvin Maçis yenidən La Liqaya qayıtdı

Futbol üzrə Venesuela milli komandasının hücumçusu Darvin Maçis bundan sonra İspaniya La Liqasında mübarizə aparacaq. Arena.az xəbər verir ki, 29 yaşlı forvard bu ölkənin “Valyadolid” klubuna transfer olunub.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik futbolçu ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə imzalanıb.

Darvin Maçis 2022-ci ilin iyulundan Meksikanın “Xuares” klubunun formasını geyinirdi. O, bu komandanın heyətində 11 oyuna cəmi 1 qol vurub.

Maçis daha öncə İspaniyanın müxtəlif klublarının uğurları üçün çalışıb. O, “Qranada”, “Herkules”, “Hueska”, “Leqanes” və “Kadis”in də formasını geyinib. Öz ölkəsində “Mineros de Quayana”da oynamış futbolçu, Portuqaliyada “Vitoriya Gimaraynş”, İtaliyada “Udineze” klublarının da uğurları üçün çalışıb.

Venesuela milli komandasında 36 oyun keçirmiş Maçis 9 qol vurub.