Futbol üzrə Kot-d’İvuar yığmasının və İngiltərənin “Çelsi” klubunun hücumçusu David Datro Fofana “Göztəpə”yə keçib.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
İzmir təmsilçisi 21 yaşlı forvardı bu mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə götürüb.
Datro Fofana 2023-cü ilin yanvarında İsveçin “Molde” klubundan 12 milyon avro qarşılığında “Çelsi”yə transfer edilib. Gənc hücumçu London klubunun əsas komandasında cəmi 4 oyun keçirsə də, fərqlənə bilməyib. Onun İngiltərə nəhəngi ilə müqaviləsi 2029-cu ilin 30 iyununa kimidir.
Fofana ötən mövsüm Almaniyanın “Union Berlin” və İngiltərənin “Börnli” klublarında da icarədə olub.
Datro Fofana 2019-cu ilin sentyabrında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 3 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı Datro Fofananı 12 milyon avro məbləğində qiymətləndirir.