David Alaba 2025-ci ilədək futbol oynaya bilməyəcək?

“Real”ın müdafiəçisi David Alaba 2024-cü ilin dekabrında aldığı zədədən – diz çarpaz bağlarının qopmasından 2025-ci ilə qədər sağalmayacaq.

Arena.az xəbər verir ki, 32 yaşlı futbolçunun bərpa prosesi ləngiyir.

Adətən müvafiq zədədən sonra futbolçular 150-200 gün sonra yüngül qaçışlara başlayırlar. Alaba isə aldığı zədədən 200 gün ötməsinə rəğmən, hələ də yüngül qaçış məşqçlərinə başlamayıb.

Xatırladaq ki, Alaba İspaniya La Liqasının 2023/2024 mövsümünün 17-ci turu çərçivəsində baş tutan “Vilyarreal”la oyunda (4:1) zədələnmişdi.

David Alaba “Real”a 2021-ci ilin iyulunda azad agent qismində “Bayern”dən keçib. Alabanın İspaniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024 mövsümündə avstriyalı müdafiəçi “Real”ın heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 2 məhsuladar örürmə verib.

Alaba “Real”la İspaniya La Liqasının, İspaniya Kral Kubokunun, İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Alaba daha öncə Almaniyada “Bayern” və “Hoffenhaym” klublarının uğurları üçün çalışıb. O, xüsusilə Münhen təmsilçisi ilə çoxsaylı titullar əldə edib.

Alaba 2009-cu ilin oktyabrında debüt etdiyi Avstriya yığmasının heyətində 105 oyuna çıxıb, 15 qol, 21 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 32 yaşlı avstriyalı mərkəz müdafiəçisinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.